Polkovnik Vaqif Dərgahlı: Azərbaycan Ordusu PUA itkisi verməyib

Polkovnik Vaqif Dərgahlı: Azərbaycan Ordusu PUA itkisi verməyib

Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın vurulması barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumat yalandır.

“Azeri Defence”nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Bu yanlış məlumatdır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur”, – deyə Dərgahlı yayılan məlumatı təkzib edib.

KATEQORIYA:
Bu xəbəri paylaş