Polkovnik Vaqif Dərgahlı: Ermənistan ordusuna qarşı “Qrad” YARS istifadə edilməyib

Polkovnik Vaqif Dərgahlı: Ermənistan ordusuna qarşı “Qrad” YARS istifadə edilməyib

Ermənistan KİV-nin Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı “Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yaydığı məlumat dezinformasiyadır.

Bu barədə “AzeriDefence”ə Müdafiə Naziliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Bölmələrimiz tərəfindən bu silah növü tətbiq edilməyib. Əgər Ermənistan tərəfində bu silah növünün tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin”, – deyə polkovnik Vaqif Dərgahlı deyib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş