“Polonez”in yeni raketi təqdim olunub

Belarus MİLEX-2017 Beynəlxalq silah və hərbi texnika sərgisində “Polonez” RS30 tipli raketlərinin yeni varinatını təqdim edib.

“AzeriDefence”nin “Defence Blog”a istinadən verdiyi məlumata görə, Dəqiq Elektromexanika Zavodunda hazırlanmıç raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir.

“Polonez” raket kompleksi Belarus Ordusunda “Uraqan” (220 mm) və “Smerç” (300 mm) raketlərini əvəz etməyə hazırlanıb. Kompleksin Çinin köməyi ilə yaradıldığı bildirilir. RS30 düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş