Polşa ABŞ-dan betondələn raketlər alır

ABŞ Müdafiə Nazirliyi Polşaya 447 milyon dollar məbləğində 1250 ədəd aviasiya raketi və bombalarının satışı ilə bağlı konqresə məlumat ünvanlayıb. “AzeriDefence”nin məlumatına görə, razılaşmaya əsasən Polşa ABŞ-dan 158 ədəd infraqırmızı başlıqlı avtomatik tuşlayıcısı olan “hava-hava” raketləri, o cümlədən 4 metr qalınlığında dəmir-beton örtüyü dağıda bilən, hər biri 1 tona yaxın olan 284 ədəd aviabomba almaq niyyətindədir. Bu bombaların 200 ədədi GPS lazer tuşlama sistemlidir.

Bundan başqa razılaşmada ABŞ hərbi mütəxəssislərinin 5 il ərzində Polşaya məxsus F-16 təyyarələrinə texniki və təmir xidməti göstərməsi də öz əksini tapıb. Həmçinin, ehtiyat hissələr və pilotların təlimi məsələsi də razılaşmaya daxil edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş