Polşa ABŞ-dan “Patriot” zenit-raket kompleksləri alacaq

ABŞ Dövlət Departamentində “Patriot” zenit-raket komplekslərinin (ZRK) Polşaya tədarükü barədə qərar qəbul edilib.

AzeriDefence xəbər verir ki, bu haqda “Reuters” agentliyi Pentaqondakı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, müqavilənin dəyəri 10,5 milyard ABŞ dolları təşkil edir. Sazişin təfərrüatları ilə ABŞ prezidenti Donald Tramp Varşavaya səfəri zamanı daha detallı şəkildə tanış olub və razılıq əldə edilib.

Müqaviləyə əsasən, Polşa 16 işəsalma qurğusu, 4 radar, proqram təminatına uyğun olan nəzarət stansiyaları və 208 ədəd raket alacaq.

Məlumatda o da qeyd olunub ki, “Patriot” ZRK-ların Polşa Silahlı Qüvvələrinə təhvil verilməsi Avropada NATO-un Hava Hücumundan Müdafiəsinin vahid sistemdə birləşməsinə kömək edəcək. Həmçinin avroatlantik partnyorlarla (Almaniya, İspaniya, Yunanıstan, Niderland) birgə təlimlərdə daha aktiv iştirak edə biləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş