Polşa “Javelin” kompleksi alır

Polşa “Javelin” kompleksi alır

Polşa Müdafiə Nazirliyi ABŞ-dan FGM-148 “Javelin” tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİRK) alınması ilə bağlı danışıqları yekunlaşdırıb.

“AzeriDefence” xəbər verir ki, bunu Polşa Müdafiə naziri Mariuş Blaşak özünün “Twitter” hesabında deyib.

Müdafiə naziri bildirib ki, bu yaxınlarda “Javelin” TƏİR kompleksinin alınması ilə bağlı ABŞ və Polşa arasında müqavilə imzalanacaq.

M.Blaşakın sözlərinə görə, ilkin mərhələdə 60 “Javelin” komanda-işəsalma qurğusu (CLU), 180 ədəd idarə olunan raketin alınması planlaşdırılır. Proqramın ümumi dəyəri təxminən 100 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, “Javelin” daşınabilən tank əleyhinə raket kompleksi zirehli texnika, həmçinin helikopter və pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün nəzərdə tutulur. “Javelin” kompleksinin çəkisi 22.3 kq, uzunluğu 1.3 metr, çapı 127 mm, atış məsafəsi 2500-4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem-kumulyativ döyüş başlığına malik raket 600-800 mm qalınlığında zirehi dəlməyi bacarır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş