Polşa “Leopard 2A4” tanklarını modernləşdirir

Polşa “Leopard 2A4” tanklarını modernləşdirir

Polşa Silahlı Qüvvələrinin “Leopard 2A4” əsas döyüş tankları modernləşdirilir.

“AzeriDefence” xəbər verir ki, bu barədə Polşanın Silahlanma üzrə Qrupu (Polska Grupa Zbrojeniowa – PGZ) məlumat yayıb.

Məlumatda bildirilib ki, “Leopard 2A4” tankların ilk partiyasının modernizasiya işləri başa çatdırılıb, sınaqları uğurla tamamlanıb.

Modernləşdirilən “Leopard 2A4” əsas döyüş tankları “Leopard 2PL” MBT səviyəsinə çatdırılıb.

Modernizasiya nəticəsində “Leopard 2A4” tanklarının döyüş qabiliyyəti və müdafiə gücü artırılıb. Yüksək keyfiyyətli yeni xüsusi zireh və aktiv müdafiə sistemi ilə təchiz edilib.

Müasir elektronikası tankın bütün elektron sistemini vahid şəbəkədə birləşdirir. Həmçinin tankın avtomatlaşdırılmış idarəetmə sistemini təmin edir və digər hərbi texnikalar arasında rabitə əlaqəsi qurmağa imkan verir.

KATEQORIYA:
Bu xəbəri paylaş