Polşa ordunun silahlanmasında yer alan 300 ədəd tankı müasirləşdirir

Polşa Müdafiə Nazirliyi Silahlı Qüvvələrini texnika parkında mövcud olan 300 ədəd tankın müasirləşdirməsi üzrə hazırladığı planları açıqlayıb.

“AzeriDefence” “Jane’s”ə istinadən xəbər verir ki, bu haqda Polşa müdafiə nazirinin müavini Bartoşa Kovnaçki məlumat verib.

Onun sözlərinə görə, sovet istehsalı olan T-72 M1-in lisenziya variantı əsasında hazırlanan PT-91 tanklarının müasirləşdirilməsi ilə bağlı prosesdurlar başlamaq üzrədir.

Bir tankın müasirləşdirməsi təxminən 4 milyon zlot (təxminən 1,1 milyon dollar) təşkil edəcək. Bu səbəbdən də hazırlanan proqramın dəyəri bütovlükdə 1 milyard zlotu ötəcək.

Nazirinin müavini qeyd edib ki, planların hazırlanması, analiz prosesslərinin aparılması, təkliflərin qiymətləndirilməsi 18 ay davam edəcək. Polşada sentyabr ayında keçirilən MSPO-2017 müdafiə sərgisində “Polska Grupa Zbrojeniowa” Konserninə daxil olan “Bumar-Łabędy” şirkəti PT-91 tanklarının müasirləşdirməsi üçün mümkün paketi təqdim edib.

Bundan başqa, “Janes” nəşri Polşa Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, Polşa 2018-2020-ci illərdə Çexiyada istehsal olunmuş 8х8 təkər formullu, 152 mm çaplı “SpGH DANA” özüyeriyən haubitsaları müasirləşdirmək niyyətindədir. Bildirilib ki, müasirləşdirilmə zamanı haubistanın 152 mm-lik çapını, NATO standarlarına uyğun olaraq 155 mm-ə yüksəldilməsi planlaşdırılır. Haubitsa müasirləşdirilərkən, əsas diqqət “Tatra” T-815 VT Kolos şassisinin təkmilləşdirilməsinə yönəldiləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş