Polşa Ordusu “Fly Eye” PUA-sını seçdi

Polşa Müdafiə Nazirliyi WB Electronics şirkətindən “Fly Eye” tipli pilotsuz uçuş aparatı alacaq. “AzeriDefence”nin məlıumatına görə, sifariş verilmiş PUA-ların ümumi məbləği 7.6 mln. Dollar təşkil edir.

Müqavilə çərçivəsində 12 “Fly Eye” sistemi satın alınacaq. Şirkət həmçinin operatorlara və kəşfiyyat sisteminin texniklərinə təlim keçəcək.

Əllə hərəkətə gətirilən “Fly Eye” 3.6 m qanad açıqlığına və 1.9 metr uzunluğa malikdir. PUA-nın faydalı yükü 4 kq, hərəkət radiusu 50 kilometr təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş