Polşa Ordusu revolver tipli yeni qumbaraatanın sınaqlarını keçirəcək
Polşa Quru Qoşunları bu il 40 mm çaplı ZMT RGP-40 revolver tipli qumbaraatanın çöl sınaqlarını keçirəcək. Bu barədə “AzeriDefence” Polşa mediasına istinadən məlumat verib.
RGP-40 yarımavtomatik qumbaraatanı 2007-ci ildə məqsədli layihə üzrə hazırlanıb. 40x46SR NATO döyüş sursatlarından istifadə edir. qumbaraatanın çəkisi 6.5 kq təşkil edir. Daxili mexanizmlər yaxşılaşdırılıb. Qumbaraatan 30 metrdən 400 metrə qədər uzaqlığa atəş aça bilir.
KATEQORIYA: Sənaye