Polşa Ordusu üçün yeni yaradılan “Leopard 2 PL” tankının təqdimatı keçirilib – FOTO

Almaniyanın “Rheinmetall” şirkəti modernləşdirilmiş “Leopard 2 PL” tankının təqdimatını keçirib.

“AzeriDefence”nin məlumatına görə, təqdimat mərasimi İDEX-2017 müdafiə texnologiyaları sərgisində reallaşıb.

Qeyd olunan modifikasiya Polşa Silahlı Qüvvələri üçün nəzərdə tutulub və “Leopard 2A4” tankının inkişaf etdirilmiş variantıdır.

“Leopard 2 PL” tankının üzərində asma kompozit zireh qurulub ki, buda bir çox mərmilərdən tankı qoruya bilir. Tankda döyüş modulunun ballistik müdafiəsi gücləndirilib, o cümlədən maşına ekipajın görmə imkanlarının genişləndirilməsi üçün yeni müşahidə sistemi inteqrasiya edilib. “Leopard 2 PL” yeni L44 topu ilə təchiz olunub. Bu top daha dağıdıcı və güclü mərmilərdən istifadə üçün yeni imkanlar yaradır.

Tankda yeni yanğınsöndürmə sistemi, qidalanma bloku formalaşdırılıb. Bundan başqa tankın mina əleyhinə müdafiəsi gücləndirilib.

Bütün bu modernləşmə işlərindən sonra tankın çəkisi 56 tondan 60-a qədər qalxıb.

Xatırladaq ki, Almaniya 2002-2003-cü illərdə 128 ədəd “Leopard” tankını qarşılıqsız verib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş