Polşa Silahlı Qüvvələri 18 000 ədəd yeni avtomat alır

Polşa Silahlı Qüvvələri 18 000 ədəd yeni avtomat alır

Polşa Silahlı Qüvvələri 18 000 ədəd FB MSBS “Grot” adlı yeni avtomat alacaq.

“AzeriDefence” xəbər verir ki, bunu Polşa Müdafiə naziri Mariuş Blaşak özünün “Twitter” hesabında deyib.

Müdafiə naziri bildirib ki, hazırda bununla bağlı müqavilənin imzalanması üçün FB “Łucznik” Radom şirkəti ilə danışıqlar aparılır.

Yerli FB “Łucznik” Radom şirkəti tərəfindən hazırlanan və istehsal olunan FB MSBS “Grot” avtomatının 5.56 mm və 7.62 mm kalibrli patronlardan istifadə edən iki versiyası mövcuddur.

Qeyd edək ki, bundan əvvəl, 2017-ci ilin sentyabr ayında Polşada keçirilmiş MSPO-2017 sərgisi çərçivəsində FB “Łucznik” Radom şirkəti ilə Polşa Müdafiə Nazirliyi arasınada standart konfiqurasiyada 5.56 mm kalibrli 53 000 ədəd “Grot” avtomatının tədarükünə dair müqavilə imzalanıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş