Polşa “Şilka”larını modernləşdirir: kompleksə nələr daxil edilir?

Polşa Silahlı Qüvvələrinin hərbi texnika parkında yer alan Sovet istehsalı olan ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğularının modernləşdirilməsinə başlanıb.

“AzeriDefence”nin “Defence24” saytına istinadən verdiyi məlumata görə, Polşanın Müdafiə Nazirliyi “Şilka”nın yenilənməsi üçün yerli “Zaklady Mechaniczne Tarnow” şirkəti ilə müqavilə bağlayıb. Müqavilə çərçivəsində “Zaklady Mechaniczne Tarnow” şirkəti modernləşdirmə işlərini 2022-ci ilə qədər tamamlamağı planlaşdırır. Texnikanın yenilənmiş vesiyası ZSU-23–4MP “Biala” adlanacaq.

Məlumatda o da qeyd olunur ki, 2000-2012-ci illərdə Polşa ordusunun arsenalında olan “Şilka”nın bir hissəsi yenilənib. Hazırda onlardan 9 ədəd “Biala” özüyeriyən zenit qurğusu Polşa Ordusunun silahlanmasında yer alır.

Modernləşdirmə nəticəsində “Biala” zenit qurğusu gecə və gündüz təhlükəni aşkarlamağa imkan verən rəqəmsal optik-elektron sistemlə təchiz olunub. Bundan başqa kompleks AZP-23 (23×152 mm) zenit topu ilə birgə 5,5 km atış məsafəsi olan “Grom” zenit-raket sistemi daxil edilib. Maşının mühərriki və idarəetmə sistemləri də yenilənərək 280 at gücündə dizel mühərriklə təchiz olunacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş