Polşa şirkəti koronavirusla mübarizə üçün mini dron hazırlayıb

Polşa şirkəti koronavirusla mübarizə üçün mini dron hazırlayıb

Polşanın “WB Group” şirkəti tərəfində istehsal olunan “FlyEye 3.0” kiçik ölçülü dron yeni koronavirus COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün uyğunlaşdırılıb.

“AzeriDefence”nin “Janes”ə istinadən verdiyi xəbərə görə, “WB Group” şirkəti Polşada koronavirusun azaldılması işlərinə kömək edilməsi, təhlükəsizlik və tibbi logistika əməliyyatları üçün “FlyEye MED” mini dronu təklif edib.

“FlyEye MED”in karantin müddətində havadan nəzarətin həyata keçirilməsində və infeksiyanın yüksək olduğu bölgələrə kritik tibbi materialların çatdırılmasında istifadə edilə bilər.

“FlyEye MED” stabilləşdirilmiş elektro-optik / infraqırmızı müşahidə kameraları ilə təchiz olunub. Pilotsuz uçuş aparatı 50 km-dən artı məsafəyə 2,8 kq-a qədər tibbi ləvazimatı çatdırmaq qabiliyyətnə malikdir.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş