Polşa yeni raket sistemi yaradır

Polşa müdafiə sənayesi MSPO-2015 beynəlxalq hərbi sərgisində yerli firma tərəfindən Amerikan HİMARS sisteminin bənzəri olan WR-300 HOMAR yeni raket sisteminin konsepsiyasını təqdim edib.

Bu barədə “AzeriDefence” xarici hərbi mediaya istinadən məlumat verib.

Polşa istehsalı olan 6×6 təkər formullu Jelcz 663.32 maşınının şassisi üzərinə qurulmuş yeni sistem 300 km-dək uzaqlıqdakı hədəfləri reaktiv raketlərlə vura biləcək.

Yeni sistem 2022-ci ilə qədər Polşa Ordusunun silahlanmasına daxil olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş