Polşada MiQ-29 döyüş təyyarəsi qəzaya uğrayıb

Polşa Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 döyüş təyyarəsi radarlardan itib.

“AzeriDefence” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, döyüş təyyarəsi Minsk şəhərinin Mazovetski hərbi aviabazasında eniş etməli idi.

Məlumata görə, pilotla rabitə onun eniş etmək üçün manevr etdiyi zaman itib. Daha sonra, MiQ-29 qırıcı təyyarəsinin qəzaya uğradığı məlum olub.

Polşa müdafiə nazirinin müavini Bartoş Kovnatskiy bildirib ki, təyyarənin pilotu katapult edib və sağdır. Axtarışlar nəticəsində yeri müəyyənləşdirilən pilot xəstəxanaya çatdırılıb.

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş