Polşada T-72 tanklarının modernləşdirilməsi proqramı ləngiyir

Polşada T-72 tanklarının modernləşdirilməsi proqramı ləngiyir

Polşada T-72 tanklarının modernləşdirilməsi proqramı ləngiyir.

“Poliqon” Polşanın “Defence 24” portalına istinadən xəbər verir ki, tankların modernləşdirilməsi proqramının dəyəri 118 milyon zlotı və ya təxminən 30,8 milyon ABŞ dollarıdır.

Hökumət tərəfindən təsdiq edilmiş plana görə, Polşa ordusu 2020-ci ildə 19 modernləşdirilmiş T-72 tankı almalı idi. Lakin, müəyyən səbəblərdən ilk 15 maşın bu ilin mart ayında qoşunlara təhvil verilib.

Nəticədə Polşa Ordusu 2021-ci ilin birinci rübündə “Bumar-Łabędy” zavodundan 15 modernləşdirilmiş T-72 tankı alıb. Şirkət bu il aprel ayının sonunadək daha dörd belə tankı qoşunlara təhvil verməyi planlaşdırır.

Modernləşdirmə zamanı tanklara yeni nişangahlar və teplovizorlar, həmçinin rəqəmsal rabitə vasitələri quraşdırılıb.

Polşa Müdafiə Nazirliyinə istinad edən portal bildirir ki, modernləşdirilmiş döyüş maşınları Polşa ordusunun müxtəlif birləşməli arasında bölüşdürüləcəkdir. Texnikaları qəbul edəcək birləşmələr siyahısına 19-cu mexanikləşdirilmiş briqadanın yeni yaradılmış taboru, 20-ci mexanikləşdirilmiş briqada və 16-cı Pomeranian mexanikləşdirilmiş diviziyasının bölmələri daxildir.

Ancaq nüans bundadır ki, bu 19 modernləşdirilmiş T-72 tankı 2020-ci ilin sonunadək Polşa ordusuna təhvil verilməli idi, ancaq şirkət tanklardakı bütün işlərin ləngiməsinə səbəb olaraq Covid-19 pandemiyasını göstərib.

Xatırladaq ki, Polşa ordusunun silahlanmasında təxminən 380 T-72 tankı və 232 PT-91 “Twardy” tankı durur.

Hazırda Polşa hərbi-siyasi rəhbərliyi köhnəlmiş T-72 tanklarının əvəzini axtarır, seçimlərdən biri ABŞ-ın M1A2 “Abrams” tankıdır. Baxmayaraq ki, tankların dəyişdirilməsi üçün “Wilk” proqramı 2017-ci ilin sonunda start götürüb, lakin Polşa hərbi-siyasi rəhbərliyi indiyə qədər hələ son seçimini etməmişdir.

Əhəd Əzizov

KATEQORIYA:
Bu xəbəri paylaş