Polşanın “Jakusz” şirkətinin rəhbərliyi Azərbaycanda mina təmizləmə işləri ilə tanış olub

Polşanın “Jakusz” şirkətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu barədə AzeriDefenceyə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Şirkətin direktoru Bogdan Jakuszun başçılıq etdiyi nümayəndə heyətinin səfəri Azərbaycanda mina təmizləmə fəaliyyəti üzrə həyata keçirilən işlərlə tanışlıq məqsədi daşıyıb.

Dekabrın 18-dən 20-dək davam etmiş səfər çərçivəsində Jakusz şirkətinin nümayəndələri Fizuli regionunda aparılan mina təmizləmə əməliyyatları, eləcə də Göygöl regional bazasında agentliyin təlim bazasının şərait və imkanları ilə tanış olublar.

Göygöl regional bazasında ANAMA-nın Təlim, Tədqiqat, Keyfiyyətə Təminat Qurumu tərəfindən avadanlıq sərgisi, ANAMA-nın yerli və beynəlxalq səviyyəli fəaliyyətini əks etdirən prezentasiyalar təqdim edilib.

ANAMA-nın direktoru Nazim İsmayılovla keçirilən görüşdə isə PHS təmizlənməsi sahəsində gələcəkdə mümkün əməkdaşlıq barədə müzakirələr aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş