Polşanın WITU təşkilatı yeni “gəzən sursat” hazırlayıb

Polşanın “Wojskowy Instytut Techniczny Uzbrojenia” (WITU) təşkilatı Kielce şəhərində keçirilən MSPO-2020 sərgisində birgə hazırlanmış “StingFly” adlı “gəzən sursat”ı ilk dəfə nümayiş etdib.

Azeri Defence saytının məlumatına görə, “StingFly” “gəzən sursat” GX-1 tipli döyüş başlığı daşıyır. İstehsalçı təşkilatın sərgidə təqdim etdiyi məlumata görə, uçuş müddəti 30 dəqiqə, çəkisi 6 kq təşkil edən “gəzən sursat”ın uçuş tavanı 2000 metr, əməliyyat tavanı 300 metr, döyüş radiusu 5-15 kilometrdir.

Radiokanal vasitəsi ilə idarə olunan “StingFly”in kreyser sürəti 100 km / saat, maksimum sürəti 180 km / saat təşkil edir.

“StingFly” xarici görünüşcə “WB Group” şirkətinin “Warmate” “gəzən sursat”ına bənzəyir.

Qeyd edək ki, hazırda Polşada 3 müəssisə “gəzən sursat”ların istehsalıyla məşğuldur.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş