Polşanın yeni tank əleyhinə raketi – “Pirat”

Polşa “Pirat” adlı yeni və yüngül tank əleyhinə raket kompleksi (TƏRK) hazırlayır.

“AzeriDefence”nin Polşanın “Defence24” saytına istinadən verdiyi məlumata görə, hazırda TƏRK-in hazırlanması ilə “Mesko” şirkəti məşğul olur.

“Pirat” 2.5 kilometr atış mənzilinə malik olacaq. İdarə olunan tank əleyhinə raketin çəkisi təxminən 10 kq, bütün kompleks isə təxminən 15 kq təşkil edəcək. TƏRK-in hazırlanmasında “Mesko” zavodu ilə yanaşı Hərbi-Texniki Akademiya (WAT – Wojskowej Akademii Technicznej) iştirak edir.

“Mesko” şirkəti hazırda “Grom” portativ zenit raket kompleksinin və İsrailin “Rafael” şirkətinin lisenziyası ilə “Spike” TƏRK-nin istehsalını həyata keçirməkdədir.

KATEQORIYA:
Bu xəbəri paylaş