Portuqaliya Braziliyanın ATL-100 təyyarə layihəsinə qoşulub

Portuqaliya Braziliyanın ATL-100 təyyarə layihəsinə qoşulub

Braziliyanın DESAER şirkətinin ATL-100 yüngül çoxməqsədli təyyarə layihəsinə Portuqaliyanın CEiiA şirkəti ortaq olub.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən DESAER və CEiiA şirkətləri ATL-100 təyyarəsinin hazırlanmasını, istehsalını və satışını birgə həyata keçirəcəklər.

ATL-100 mülki və hərbi variantlarda mövcud olacaq. ATL-100 hərbi versiyada qoşunların və maddi vasitələrin daşınması, axtarış-xilasetmə, dəniz patrulu, sərhəd nəzarəti, tibbi evakuasiya və xüsusi əməliyyatlar kimi missiyaları yerinə yetirəcəkdir.

KATEQORIYA:
Bu xəbəri paylaş