Prezident əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib və əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq.

Azeri Defence saytının məlumatına görə, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik. Azərbaycan hərbi birləşmələrinin Ermənistan ərazisində heç bir hədəfi yoxdur, ancaq öz torpaqlarımızı işğalçılardan azad edəcəyik”, – deyə Prezident vurğulayıb.

Prezident İlham Əliyev işğal altında olan bir sıra kəndin azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: “Əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!”

KATEQORIYA:
Bu xəbəri paylaş