Prezident Ərdoğan: Türk milləti hər vasitə ilə azərbaycanlı qardaşlarının yanındadır

Prezident Ərdoğan: Türk milləti hər vasitə ilə azərbaycanlı qardaşlarının yanındadır

Türk milləti bu gün hər zaman olduğu kimi bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır.

Azeri Defence saytının məlumata görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında Ermənistanın Azərbaycana hücumu ilə bağlı açıqlamasında deyib.

“Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan, bölgədəki sülh və əmin-amanlığa ən böyük təhdid olduğunu bir daha göstərdi. Türk milləti hər zaman olduğu kimi bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında durur”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti bəyan edib ki, Ermənistanın təxribat təcavüzünə reaksiya göstərə bilməyən beynəlxalq ictimaiyyət bir daha ikili standartlarını nümayiş etdirir: “Təxminən 30 ildir səhlənkar münasibətini qoruyan Minsk üçlüyü, təəssüf ki, həll yönümlü davranmaqdan çox uzaqdır. Biz bütün dünyanı işğal və zülmə qarşı mübarizədə Azərbaycanın yanında olmağa çağırırıq.

Bu gün etdiyimiz telefon danışıqları zamanı bacarıqlı və qətiyyətli mövqedə olduğuna bir daha şahid olduğum Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə bəhs etdiyim kimi, Türkiyə “Bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşları ilə həmrəyliyini gücləndirməyi davam edəcəkdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş