Prezident: 44 günlük silahlı mübarizədən sonra imzalanan sənəd mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur

Prezident: 44 günlük silahlı mübarizədən sonra imzalanan sənəd mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur

Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur.

Azeri Defence” saytının məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş