Prezident: Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz

Prezident: Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz

Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir.

“Azeri Defence” saytının məlumatına görə, bu barədə Prezident İlham Əliyev özünün Twitter hesabında yazıb.

Prezident qeyd edib ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir.

“Ermənistanın ünvanına əsas mesaj budur ki, biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq”, – deyə Prezident yazıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş