Prezident: Azərbaycan-İran sərhədi tam nəzarətə götürülüb

Prezident: Azərbaycan-İran sərhədi tam nəzarətə götürülüb

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adını açıqlayıb.

“Azeri Defence” saytının məlumatına görə, Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib:

Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli;

Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini;

Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Prezident İlham Əliyev bildirib ki, Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu: “Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan ordusuna!”

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş