Prezident Azərbaycan Ordusu tərəfindən məhv edilmiş ermənilərə məxsus texnikaların siyahısını açıqlayıb

Prezident Azərbaycan Ordusu tərəfindən məhv edilmiş ermənilərə məxsus texnikaların siyahısını açıqlayıb

Azərbaycan Prezidenti İlham Əliyev son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsini açıqlayıb.

“Azeri Defence”nin məlumatına görə, dövlət başçısı bu gün xalqa müraciətində düşmənin məhv edilən silah və texnikasının bir qismi barədə danışıb.

Dövlət başçısı bildirib ki, sentyabrın 27-dən bu günədək Ermənistanın 234 tankı məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb: “Piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb, 16 ədəd özüyeriyən artilleriya qurğusu məhv edilib, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd “Uraqan” sistemi, 1 ədəd TOS odsaçan, 2 ədəd “Elbrus” əməliyyat taktiki raket kompleksi, 1 ədəd Toçka-U, 35 ədəd “Osa” zenit raket kompleksi, 3 “Tor” zenit raket kompleksi, 5 “Kub” və “Kruq” zenit raket kompleksi, 9 ədəd radioelektron mübarizə sistemləri, 2 ədəd S-300 zenit raket kompleksi, 198 ədəd yük avtomobili məhv edilib, 98-i qənimət kimi götürülüb. Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər. Və bu suallara biz cavab tapmalıyıq və tapacağıq”.

Dövlət başçısı bildirib ki, çatdıracağı siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib: “Əlbəttə ki, döyüş zamanı bunun dəqiq hesablanması mümkün deyil. Ancaq gətirəcəyim rəqəmlər əyani şəkildə göstərir ki, biz döyüş meydanında tam üstünlüyü əldə etmişik. Və demək olar ki, Ermənistanın hərbi texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur, bu qədər silah, bu qədər texnika Ermənistanda hardandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəllidir. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ÜDM-nin 60-70%-ni təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir, yəni bu sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıb. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda Ermənistan ərazisində… Sual olunur: kim onları silahlandırır?! Bəzi hallarda bizə qarşı iradlar irəli sürülür ki, biz silahlanırıq, biz silah alırıq və bu, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur: bəs, Ermənistan silahlananda, bəs, bu kasıb, yoxsul ölkədə bu qədər silah, texnika hardandır? Bu gün də onlara qaçaq yollarla, qaçaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir. Və çox təhlükəli, dağıdıcı böyük gücə malik olam texnikalardır. Ona görə bu suallara biz cavab istəyirik və əminəm ki, bu cavabı biz alacağıq”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş