Prezident: Ballistik raketlər məqsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşadığı məkana gecə vaxtı istiqamətləndirilmişdir

Prezident: Ballistik raketlər məqsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşadığı məkana gecə vaxtı istiqamətləndirilmişdir

Ballistik raketlərlə bu zərbə təsadüfi xarakter daşımırdı, məqsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşadığı məkana gecə vaxtı istiqamətləndirilmişdir ki, daha çox qurbanlar olsun.

“Azeri Defence”nin məlumatına görə, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Mən, eyni zamanda, sizə təşəkkürümü bildirmək istəyirəm ki, siz həm Gəncəyə, həm Ağdama səfər etmisiniz, Ermənistan dövlətinin törətdiyi hərbi cinayətləri görmüsünüz. Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır. Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub. Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutmuşdur. Bu, hərbi cinayətdir və bu cinayətə görə Ermənistan rəhbərliyi cavab verəcək.

Müharibə zamanı 94 mülki şəxs həlak olmuşdur, 400-dən çox yaralanmışdır. Ballistik raketlərlə bu zərbə təsadüfi xarakter daşımırdı, məqsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşadığı məkana gecə vaxtı istiqamətləndirilmişdir ki, daha çox qurbanlar olsun. Ağdam şəhərini də gördünüz. Daha doğrusu, artıq şəhərdən bir şey qalmayıb, orada bütün binalar dağıdılıb. Bu, Ermənistan faşizminin eybəcər sifətini göstərən cinayətdir. Onlar hesab edirdilər ki, azərbaycanlılar bu torpaqlara heç vaxt qayıtmayacaqlar. Amma biz qayıtmışıq, döyüşə-döyüşə onları torpaqlarımızdan qovduq. Onlar bizim qabağımızda diz çökdülər”, – deyə dövlət başçısı bildirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş