Prezident cəbhədəki vəziyyətlə tanış oldu – FOTOLAR

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə olub.“AzeriDefence”nin prezidentin saytına istinadən verdiyi məlumata görə, hərbi hissəyə gələn dövlət başçısına müdafiə naziri, general-polkovnik Zakir Həsənov raport verib.

Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısını məlumatlandırıb.

Sonra Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.

Daha sonra prezident İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.

Ali Baş Komandan hərbçilərə müvafiq tapşırıqlarını verib.

KATEQORIYA:
Bu xəbəri paylaş