Prezident cəbhə xəttindəki hərbi hissədə olub – FOTOLAR

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında olub.

Bu barədə “AzeriDefence” Azərbaycan Prezidentinin saytına istinadən məlumat verib.

Dövlət başcısı əvvəlcə Tərtər rayonundakı hərbi hissəyə gəlib. Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib.

Prezident İlham Əliyev hərbi hissənin qərargahı, yeməkxanası və kazarması ilə tanış olub.

Ali Baş Komandan hərbçilərlə görüşüb, təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim edib.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan Ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərində, təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində, həmçinin Ağdam rayonunun Mahrızlı kəndində olub, dağılmış evlərə baxıb, yerli sakinlərlə görüşüb söhbət edib.

Dövlət başçısı həmin evlərin tezliklə bərpa olunması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində yaralanaraq Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə olunan mülki vətəndaşlara baş çəkib.

14621332361633461901_1000x669

 

14621332365083654726_1000x669

14621332363206622279_1000x669

1462133236498624834_1000x669 (1)

14621332365879752121_1000x669

1462133236507316630_1000x669

14621332362281655070_1000x669

1462133236358698058_1000x669

1462133236300721125_1000x669

14621332363677926393_1000x669

1462133236136139523_1000x669

146213323652426755_1000x669

 

KATEQORIYA:
Bu xəbəri paylaş