Prezident Cocuq Mərcanlıda kursantlarla görüşdü – FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Səfər çərçivəsində dövlət başçısı Cocuq Mərcanlı kəndində yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış olub.

Məktəbdə olarkən prezident İlham Əliyev Müdafiə Nazirliyinin rəhbər heyəti ilə birlikdə hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşüb.





KATEQORIYA:
Bu xəbəri paylaş