Prezident: “Dəniz Kuboku” əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir

Prezident: “Dəniz Kuboku” əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir

“Dəniz Kuboku” yarışları bütün iştirakçı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Azeri Defence saytının məlumatına görə, bunu Prezident İlham Əliyev avqustun 25-də Rusiyanın Müdafiə naziri Sergey Şoyqunu qəbul edərkən deyib.

“Bu gün Bakıda Ordu Oyunlarının bir hissəsi olan “Dəniz Kuboku” yarışı açılır. Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq “Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan tankçıları “Tank biatlonu”nda iştirak edirlər: “Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır”.

KATEQORIYA:
Bu xəbəri paylaş