Prezident Daxili Qoşunların hərbi qullluqçularını təltif etdi

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili Qoşunların bir hərbi qulluqçusu “Vətən uğrunda”, 3 hərbi qulluqçusu (ölümündən sonra) “İgidliyə görə”, 21 hərbi qulluqçusu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş