Prezident DSX Lənkəran Sərhəd Dəstəsi qarnizonunun əsaslı təmirdən sonra açılışını edib – FOTOLENT

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsi qarnizonunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edb.“AzeriDefence”nin məlumatına görə, hərbi hissəyə gələn prezidentə DSX rəisi, general-leytenant Elçin Quliyev raport verib.

Dövlət başçısı qarnizonda yaradılmış şəraitlə tanış olub. Azərbaycan Prezidentinə DSX-nin digər hərbi hissələrində aparılan tikinti işlərinin layihələri barədə məlumat verilib.

Prezident qarnizonun istifadəsində olan hərbi texnikaya da baxıb. Bildirilib ki, qarnizonun müasir hərbi texnika ilə təchiz olunması sərhəd mühafizəsinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.

Dövlət başçısı qarnizonda yaradılmış şəraiti yüksək qiymətləndirib.

KATEQORIYA:
Bu xəbəri paylaş