Prezident DSX-nin hərbi qulluqçularını “Rəşadət” ordeni ilə təltif edib – SİYAHI

Prezident DSX-nin hərbi qulluqçularını “Rəşadət” ordeni ilə təltif edib – SİYAHI

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Sərəncama əsasən Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:

Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş