Prezident DSX-nin iki hərbi qulluqçusuna fəxri ad verdi

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi barədə sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” prezidentin saytına istinadən məlumat verib.

Sərəncama əsasən Dövlət Sərhəd Xidmətinin ”Sərhədçi” jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Elşən Sultanəli oğlu Məmmədova “Əməkdar jurnalist”, Dövlət Sərhəd Xidmətində səhiyyənin inkişafında xidmətlərinə görə Arif Araz oğlu Qasımova “Əməkdar həkim” fəxri adı verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş