Prezident DSX-nin iki zabitinə general-leytenant, bir zabitinə general-mayor ali hərbi rütbəsi verdi

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” prezidentin saytına istinadən məlumat verib.

Sərəncama əsasən DSX-nin hərbi qulluqçuları general-mayor Azad Qaçay oğlu Ələkbərov və general-mayor Fərhad Sabir oğlu Tağızadəyə general-leytenant, polkovnik Abbas Sultan oğlu Xəlilova isə general-mayor ali hərbi rütbəəsi verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş