Prezident DSX-nin zabitlərinə ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb

Prezident DSX-nin zabitlərinə ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb.

Bu barədə Azeri Defence Prezidentin saytına istinadən məlumat verib.

Dövlət başçısının sərəncamı ilə general-mayor Araz Məmməd oğlu Məmmədova, general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə və general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə general-leytenant, polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova və polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə general-mayor ali hərbi rütbəsi verilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş