Prezident FHN əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı “Hərbi xidmətlərə görə” medalı, 2 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 9 əməkdaşı isə “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Nazirliyin iki əməkdaşına isə “Əməkdar mühəndis” fəxri adı verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş