Prezident Füzuli və Xocavəndin yeni yaşayış məntəqələrinin azad edildiyini açıqladı

Prezident Füzuli və Xocavəndin yeni yaşayış məntəqələrinin azad edildiyini açıqladı

Prezident İlham Əliyev sosial media hesabında Füzuli və Xocavəndin yeni yaşayış məntəqələrinin azad edildiyini açıqlayıb.

“Azeri Defence” saytının məlumatına görə, Prezident İlham Əliyev Twitter hesabında işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını qeyd edib:

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtürk, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş