Prezident Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib – FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib.

“AzeriDefence”nin məlumatına görə, açılış mərasimində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısına məlumat verilib ki, yaşayış kompleksi 14 çoxmənzilli binadan ibarətdir. Kompleks şəhərin Yeni Gəncə yaşayış massivində 2-ci mikrorayonda yaradılıb. Doqquzmərtəbəli binalardan ibarət kompleksdə ümumilikdə 696 mənzil var. Onların 48-i birotaqlı, 224-ü ikiotaqlı, 312-si üçotaqlı, 112-si isə dördotaqlıdır. Mənzillər su, işıq, qaz və “kombi” istilik sistemi ilə təmin olunub. Kompleksin ərazisində yaşıllaşdırma və abadlıq işləri ilə yanaşı, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaq əyləncə və idman meydançası salınıb. Yaşayış kompleksinə gedən “28 May” prospekti yenidən qurulub, işıq dirəkləri təzələnib.

Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış olub.

Dövlətimizin başçısı hərbçilərin ailə üzvləri ilə görüşüb.

Hərbçilər onlar üçün yaradılan şəraitdən razılıqlarını bildirdilər.

2

3

4

5

6

7

8

9

10

11

 

KATEQORIYA:
Bu xəbəri paylaş