Prezident İlham Əliyev: 2019-cu ildə bir çox silahlar, sursatlar, hərbi texnika alınıb

Prezident İlham Əliyev: 2019-cu ildə bir çox silahlar, sursatlar, hərbi texnika alınıb

“2019-cu ildə Azərbaycanın hərbi potensialı möhkəmlənib”.

“AzeriDefence”nin məlumatına görə, bunu Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınıb və Azərbaycanda istehsal olunub: “Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir”.

Dövlət başçısı bəyan edib ki, keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli Azərbaycanın hərbi gücünü daha da artırıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş