Prezident İlham Əliyev: “Bəyanatın müddəaları uğurla həyata keçirilir”

Prezident İlham Əliyev: “Bəyanatın müddəaları uğurla həyata keçirilir”

Bu gün biz Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyik.

Azeri Defence” saytının məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Bizim fikrimizcə, Bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş