Prezident İlham Əliyev: “Bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır, hələlik o yaşayış məntəqələrinə girməmişik”

Prezident İlham Əliyev: “Bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır, hələlik o yaşayış məntəqələrinə girməmişik”

Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik.

Azeri Defence saytının məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində bildirib.

“Ona görə bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər”, – deyə dövlətimizin başçısı qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş