Prezident İlham Əliyev: “Biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil”

Prezident İlham Əliyev: “Biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil”

Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur.

Azeri Defence saytının məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.

“Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur.

Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil”, – deyə Prezident İlham Əliyev bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş