Prezident İlham Əliyev korpus komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib

Prezident İlham Əliyev korpus komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.

Bubarədə Azeri Defence saytı Prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.

Dövlət başçısı ona tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir.

KATEQORIYA:
Bu xəbəri paylaş