Prezident İlham Əliyev: “Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”

Prezident İlham Əliyev: “Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”

“Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi. Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib. Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm”.

“Azeri Defence” saytının məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımı qəbul edərkən deyib.

“Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək. Artıq ilkin məlumatlar gəlibdir. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işğalçıları torpaqlarımızdan qovacağıq”, – deyə dövlət başçısı bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş