Prezident İlham Əliyev: Bu il 1500 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir

Prezident İlham Əliyev: Bu il 1500 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir

Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq.

Azeri Defence saytının məlumatına görə, bunu bu gün videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev deyib.

“Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda – 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı bildirib ki, bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir: “Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir”.

KATEQORIYA:
Bu xəbəri paylaş