Prezident İlham Əliyev: Bütün dünya gördü ki, Azərbaycanın yanında Türkiyə kimi böyük bir güc olan dövlət var

Prezident İlham Əliyev: Bütün dünya gördü ki, Azərbaycanın yanında Türkiyə kimi böyük bir güc olan dövlət var

“Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır”.

Azeri Defence saytının məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirib.

Dövlət başçısı bildirib ki, bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır.

“Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş