Prezident İlham Əliyev DİN-nin bir qrup əməkdaşını təltif edib

Prezident İlham Əliyev DİN-nin bir qrup əməkdaşını təltif edib

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “Azeri Defence” Prezidentin saytına istinadən məlumat verib.

Prezidentin sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22 nəfər əməkdaşı “Vətən uğrunda” medalı, 4 nəfər əməkdaşı isə “İgidliyə görə” medalı ilə təltif olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş